Cari mövsümdən "Bakı"nın şərəfini qoruyan Mindauqas Kalonas komandasını dəyişib. Futbolinfo.az xəbər verir ki, litvalı futbolçunun "Rəvan"a qayıdacağı deyilsə də, futbolçu "Simurq"a keçib.
Bu barədə Futbolinfo.az saytına açıqlamasında Zaqatala klubunun icraçı direktoru Vaqif Əliyev məlumat verib: "Mindauqas Kalonasın “Simurq”a transfer olunduğu doğrudu. O, bizim komandada icarə əsasında oynayacaq. Kalonas mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq. Sabahdan komandamızın məşqləri başlayır. O da komandanın heyətinə qoşulacaq".
Qeyd edək ki, 30 yaşlı futbolçu hazırda 7 qol vurmaqla Topaz Premyer Liqasının bombardirlər siyahısında yer alıb.





