İspaniya Futbol Federasiyası (İFF) "Atletik" (Bilbao) – "Real" (Madrid) matçında qırmızı vərəqə alan Kriştianu Ronaldonu ciddi cəzalandlra bilər. Futbolinfo.az xəbər verir ki, onun meydandan qovulmasına səbəb olan epizod İntizam komitəsi tərəfindən araşdırılır.
Əgər araşdırmadan sonra portuqaliyalının günahkar olduğu və meydanı tərk edərkən ehtiyat hakimin ünvanına təhqiredici ifadələr işlətdiyi iddiası təsdiqlənərsə, forvard qarşıdakı 3 oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Ronaldo "Atletik"lə görüşün 73-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.





