Madrid "Atletiko"sunun aparıcı üzvü David Vilya İspaniya Kral Kubokunun yarımfinalında "Real"la keçiriləcək ilk qarşılaşmanı buraxmalı olacaq. Futbolinfo.az xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin ötən gün La Liqada "Real Sosyedad"la keçirdiyi matçda forvardın zədələnməsidi.
İlk hissənin sonlarına yaxın sol ayağından ciddi zədə alan Vilya oyunu yarımçıq tərk etmişdi. AS nəşrinin verdiyi xəbərə görə, bu gün tibbi müayinədən keçəcək hücumçunun durumuna tam aydınlıq gələcək.





