İngiltərə çempionatında çətin günlər keçirən “Mançester Yunayted” komandanın məşhur futbolçusu Luiş Nani ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, MY-nin rəsmi saytında yer alan xəbərə görə, zədəli olan portuqaliyalı gözləniləndən gec sağalacaq.
Onun daha 1 ay futboldan uzaq qalacağı bildirilib. Naninin sağaldıqdan sonra klubdan göndəriləcəyi iddia olunur.





