"Neftçi" bu gündən Topaz Premyer Liqasının 20-ci turunda baş tutacaq "Xəzər Lənkəran"la oyunun hazırlıqlarına başlayıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu təlim-məşq bazasında bir araya gəlib.
"Böyük oyun" öncəsi "ağ-qaralar"ın heyətində çatışmazlıqlar var. Belə ki, Böyükağa Hacıyev Lənkəranda Ruslan Qurbanov və Elvin Yunuszadənin xidmətindən yararlana bilməyəcək. Bundan başqa bütün futbolçular bu gün birgə məşq edib.





