Rusiya mətbuatına inansaq, PSV-nin forvardı Tim Matavz karyerasını “Rubin”də davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, 25 yaşlı forvardın yaxın günlərdə Kazana gələcəyi açıqlanıb.
Sloveniyalı hücumçunun Premyer Liqa klubu ilə sözləşmə imzalaması gündəmdədi. Matavz 2011-ci ildən PSV-də çıxış edir.
Qeyd edək ki, bundan öncə "Nyukasl"ın şərəfini qoruyan Papissu Sisse və "Çelsi"də top qovan Demba banın Kazan klubuna keçdiyi deyilsə də, "Rubin" tərəfi bu xəbəri təkzib etmişdi.





