“Qalatasaray”ın qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən ağır cəzaya məruz qala bilər. Futbolinfo.az xəbər verir ki, superliqanın son turunda keçirilən "Qalatasaray" – "Bursaspor" (6:0) matçında öz akkreditasiya kartını unudan və aşağı yaş qrupları üzrə məşqçilərdən biri Fadıl Koşutana aid kartı boynuna taxaraq ehtiyat oyunçular skamyasına girən braziliyalı barədə araşdırma aparılır.
 
İntizam Komitəsinin Taffareli 8-24 matç arasında paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasına girməkdən məhrum edəcəyi gözlənilir.
Shares: