Topaz Premyer Liqasının 19-cu turunda AZAL-a qalib gələn (2:1) "İnter" bir günlük istirahətdən sonra yenidən bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, "bankirlər" bu gün "Şəfa" stadionunda toplaşacaq.
 
"Rəvan"la oyuna hazırlaşan komanda tam heyətlə məşq edə bilməyəcək. Belə ki, Kaxaber Sxadadze Samir Zərgərov və Baçana Sxadadzenin xidmətindən yararlana bilməyəcək. Buna səbəb Zərgərovun Türkiyə toplanışından bu yana zədəli olması, Baçananın isə sarı vərəqə limitini doldurmasıdı.
Shares: