"Xəzər Lənkəran" məğlubiyyətindən sonra Topaz Premyer Liqasının 20-ci turunda "Qəbələ" ilə oyuna hazırlaşan "Qarabağ"ın şəhəri tərk edəcəyi vaxt müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu hava şəraitindən asılı olaraq, sabah və ya cümə günü Qəbələyə yola düşəcək.
 
Dünəndən hazırlıqları bərpa edən Qurban Qurbanovun komandasında zədəlilər də var. Cəzalıların olmaması düşərgədə müsbət əhval-ruhiyyə yaratsa da, Rəşad Sadıqovun zədəli olması komanda üçün ciddi itki hesab olunur.
Shares: