Hollandiya millisinin təcrübəli hücumçusu Dirk Kuyt yığmadakı karyerasını bitirmək qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, "Fənərbaxça"da top qovan 33 yaşlı forvard DÇ-2014-dən sonra “narıncılar”ın formasını əynindən birdəfəlik çıxaracağını açıqlayıb:
 
“Bu, mənim sonuncu  dünya çempionatım olacaq. Eyni zamanda sonuncu oyunlarım. Son dünya çempionatımı Braziliyaya oynamaq mənim üçün xüsusi olacaq. Gənclərın yolunu açmaq lazımdı".
 
Qeyd edək ki, 2004-cü ildən Hollandiyanın formasını geyən Kuyt 98 oyunda 24 qolla yadda qlıb.
Shares: