Futbol üzrə Azərbaycanın millisinin baş məşqçisi Berti Foqts və köməkçisi Volfqanq Rolff Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
 
Məlumatda bildirilir ki, alman mütəxəssislər fevralın 8-də keçiriləcək "Qəbələ" – "Qarabağ" və fevralın 9-da baş tutacaq "Xəzər Lənkəran" – "Neftçi" oyunlarını izləyəcəklər.
Shares: