"İnter" transfer pəncərəsinin bağlanmasına baxmayaraq, heyətini gücləndirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, bankirlər çexiyalı İvo Taborski ilə müqavilə imzalayıb.
 
29 yaşlı hücumçu "bankirlər"lə 6 aylıq müqavilə imzalayıb. Taborski Kaxaber Sxadadzenin komandasında 99 nömrəli forma ilə çıxış edəcək. O, azad agent statusuna malik olduğundan "İnter"ə keçidi transfer pəncərəsi bağlandıqdan sonra həyata keçib. Artıq Bakı klubu İvonun sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib. Komandanın baş məşqçisi şans verəcəyi təqdirdə hücumçu "Rəvan"la oyunda meydanda olacaq.
 
Qeyd edək ki, İvo Taborski karyerası ərzində "Slaviya",“Bohemians”, “Çeşke Budeyovitse”, “Pribram”, “Mlada Boleslav”, “Slovan” klublarının şərəfini qoruyub. Onun son iş yeri isə Çexiyanın "Teplitse" komandası olub.
Shares: