Fransanın “Sent-Etyen” klubu baş məşqçisiz qalıb. Ona görə yox ki, o komanda ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı Kristof Qalte bədbəxt hadisə ilə üzləşib. 47 yaşlı mütəxəssis məşq zamanı xəsarət alıb.
 
Belə ki, Qalte yıxılaraq başını qapı tirinə çırpıb. Hazırda o xəstəxanadadı və vəziyyəti ağırdı.
 
Qeyd edək ki, “Sent-Etyen” Fransa Liqa-1-ində 40 xalla 4-cü pillədədi.
Shares: