Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Rəvan” –  “Bakı” matçının 21-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Miloş Adamoviç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
AZAL –  “İnter” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Simurq” –  “Neftçi” oyununun 59-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Simurq”un futbolçusu Kənan Müslümov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Shares: