Fransanın PSJ klubunun mövsümün sonundakı daha bir hədəfi mətbuata sızıb. Futbolinfo.az xəbər verir ki, Liqa-1 nəhəngi yayda "Mançester Yunayted"in 19 yaşlı istedadı Adnan Yanuzayı transfer etmək istəyir.
Fransızlar belçikalının transferi üçün Mançester təmsilçisinə 40 milyon funt təklif ediblər. "Qırmızı şeytanlar” isə hələ ki, təklif qarşısında suusmağa üstünlük verir.
Yanuzay 2011-ci ildə "Anderlext"dən MY-ə keçmişdi.





