"Çelsi" "Mançester Yunaytedin"in 28 yaşlı hücumçusu Ueyn Runini heyətinə qatmaq fikrindən əl çəkmir. Futbolinfo.az xəbər verir ki, bu haqda “Sunday Star” nəşri xəbər yayıb.
 
Məlumata əsasən, "zadəganlar" qışda forvarda görə 35 milyon funt təklif edəcəklər. Yayda Runi üçün qarşı tərəfə bir neçə təklif göndərsə də, rədd cavabı alan “Çelsi” şansını “qış transfer pəncərəsi”ndə də yoxlamaqda qərarlıdı.
 
Xatırladaq ki, Devid Moyesin gəlişindən sonra Runi klub rəhbərliyindən transferə çıxarılmasını istəsə də, buna nail ola bilməmişdi. Cari mövsüm premyer-liqada 7 görüşdə meydana çıxan Ueyn 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Shares: