"Qalatasaray"ın ulduz yarımmüdafiəçisi Uesli Sneyder maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, qış transfer dövründə "Mançester Yunayted"dən təklif aldığını, lakin bunu qəbul etmədiyini etiraf edib:
 
"MY mənimlə yaxından maraqlanırdı. Ancaq mən "Cim-Bom"da qalmağa qərar verdim. Çünki "Qalatasaray" məni buraxmaq isətmirdi. Türkiyədən ayrılmaq ağlımdan da keçmədi. Orada hədəflərim var. Çempionluq üçün oynayırıq. "Çelsi" qarşısında da şanslarımız var. Özümü evimdəki kimi hiss edirəm. Bu da çox önəmlidi".
 
Qeyd edək ki, Sneyder 2013-cü ilin yanvarından "Qalatasaray" forması geyir.
Shares: