Qəbələdə davam edən "Qəbələ" – "Qarabağ" oyununda ara qarışıb. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, azarkeşlər oyunun bir neçə dəqiqəlik dayanmasına səbəb olublar.
Belə ki, ev sahiblərinin qapısına təyin olunmuş penaltini Riçard Almeyda dəqiq yerinə yetirə bilmədikdən sonra azarkeşlər tərəfindən meydana qar və buz parçaları atılmağa başlayıb. Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Bu zaman ən diqqətçəkən məqamlardan biri yerli polislərin azarkeşlərin bu hərəkətinə qarşı heç bir tədbir görməməsi olub. Amma "Qəbələ" futbolçularının azarkeşləri sakitləşdirməsindən sonra oyun bərpa olunub.





