“Böyük oyun”da Super Kubok məğlubiyyətinin əvəzini çıxmalıyıq. Naxçıvanda "Xəzər Lənkəran" birinci hissəni yaxşı oynadı. İkinci hissədə isə biz güclü idik. Bu oyuna çox ciddi hazırlaşırıq. İnşallah, sonda 3 xal qazanan tərəf biz olarıq. Hazırda ikinci pillədəyik. Bizim məqsədimiz yalnız çempionluqdu".
 
Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin şərəfini qoruyan Elvin Yunuszadə deyib.
 
“Ağ-qaralar”ın müdafiəçisi açıqlamasında oyun zamanı rəqib azarkeşlərin olmayacağına da münasibət bildirib: “Biz azarkeşlərdən güc alırıq. Təbii ki, onların dəstəyi futbolçuların oyununa təsir edir. Rəqib azarkeşlərin olmaması bizim üstünlüyümüzdü".
 
Bundan başqa Yunuszadə yeni baş məşqçi Nazim Süleymanov haqda da danışıb: "Nazim müəllim çox yaxşı insandı. Onun məşqçiliyindən əlavə, insanlığını da sevirik. İnanıram ki, Süleymanovla komandamız yaxşı yerlərdə olacaq, uğurlar qazanacaq".
Shares: