“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov bu gecə Lənkəranda klub avtobusuna edilmiş hücumla bağlı fikrini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Dünən biz Lənkəran şəhərinə gəldik. Özümüzlə heç bir mühafizəçi gətirmədik. Ancaq komanda və məşqçilər korpusu ilə gəlmişik. Hətta burada ilk məşqimizi etdik. Hər şey normal qaydada gedirdi. Ancaq səhər açılanda məskunlaşdığımız otelin qarşısında klubumuza məxsus olan avtobusun şüşələrinin qırıldığını gördük. Biz bura futbol oynamağa gəlmişik. Bu, bizə qarşı vandalizimdi. Artıq yarım milyona yaxın qiyməti olan avtobusumuzu təmir etdirməkdən bezmişik. İstəmirik onlarla azarkeşi üz-üzə qoyaq. Biz bir daha bəyan edirik ki, çempion olmaq niyyətində deyilik. "Neftçi" "Xəzər Lənkəran"a məğlub, yaxud qalib gəlsə, nə dəyişəcək ki? Avropada oyunları 50, 60 min azarkeş izləyir. Ancaq rəqib komandanın avtobusuna hüçüm etmirlər. Bir daha bəyan edirik ki, bu, bizə qarşı vandalizmdi. Bu məsələ ilə bağlı müzakirələrimiz davam edir. PFL-in rəhbəri Ramin Musayev də bu vandalizmlə bağlı xəbər vermişik. 1 saatdan sonra ola bilsin ki, Bakıya qayıtdıq. "Xəzər Lənkəran"la oyuna çıxmaya bilərik. Oyun canlı yayımlanmamaqla yanaşı, planlı şəkildə bizə qarşı vandalizm tədbiq olunur".
Shares: