"Bavariya"nın yarımmüdafiəçisi Xavi Martinez komandanı tərk etməyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola açıqlama verib.
O, Martinezin "Bavariya" üçün çox vacib oyunçu olduğunu bildirib: "Mən Xavinin "Real"a gedəcəyini düşünmürəm. Mən "Bavariya"da işləyəcəyim müddətdə o da bizimlə qalacaq. Martinez bizim çox vacib oyunçudur. Bizim ona ehtiyacımız var".
Xavi 2012-ci ildə "Atletik"dən (Bilbao) "Bavariya"ya keçib.





