"Qalatasaray"ın usta qapçısı Fernando Musleranın rəhbərlikdən tələb etdiyi maaş təəccüblə qarşılanıb. Futbolinfo.az xəbər verir ki, hazırda illik 2 milyon avro maaş alan qolkiper eyni zamanda hər oyuna 10 min avro məvacib alır.
Ancaq, Musleranın meneceri illik 3 milyon avro və hər oyun üçün 12 min 500 avro istəyib. Bundan əlavə müqaviləyə 15 milyon avro qarşılığında azad agent olsun yazılması tələb olunub. Rəhbərlik isə bu təklifi geri çevirib.





