Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşmasının sonlarında daha ciddi qalmaqal yaşanıb. Futbolinfo.az saytının Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanın əlavə vaxtında Adrian Skarlatake bərabərlik qolunu vurdu.
Bu epizoddan dərhal sonra isə futbolçular arasında münaqişə yarandı. Qarışıqlıq zamanı futbolçuların bir-birinə zərbə endirdiyini də görmək mümkün idi. Qarşılaşmanın baş hakimi Rəhim Həsənov isə bu epizoda görə qonaq komandadan Karlos Kardoso və Bruno Bertuççini, "Xəzər Lənkəran"dan isə Ağabala Ramazanovu meydandan qovub.
Qeyd edək ki, Rəhim Həsənov bundan öncə 89-cu dəqiqədə "Neftçi"dən Tərlan Quliyevi də qırmızı vərəqə ilə meydandan uzaqlaşdırmışdı.
"Xəzər Lənkəran" – "Neftçi" matçının 2:2 hesabıyla başa çatdığını da vurğulayaq.





