London “Arsenal"ının qapıçısı Lukaş Fabianski komandanı tərk etməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, qolkiper mövsümün sonunda “topçular”la yollarını ayıra bilər.
28 yaşlı qolkiperin özü açıqlamasında bu haqda danışıb. Mövsümün sonunda komanda ilə müqavilə müddəti başa çatacaq polşalı qapıçı klubun yeni sözləşmə təklifini qəbul etməyib: "Həm oynadığım komanda, həm də Polşa millisinin bir nömrəli qapıçısı olmaq istəyirəm. Burada çox şey öyrəndim. "Arsenal" böyük bir klubdu və hörmətə layiqdi. Ancaq daha başqa klubda oynamaq istəyirəm".
Fabianski 2007-ci ildən "Arsenal"da çıxış edir.





