Xəbər verdiyimiz kimi, bir vaxtlar "Neftçi"də çalışmış Mehmet Ak Bakı klubundan təzminat alacaq. Futbolinfo.az xəbər verir ki, FİFA "ağ-qaralar"ın türkiyəli mütəxəssisə 42 min avro ödənilməsini tələb edir.
 
Saytımıza açıqlama verən Ak isə bu barədə məlumatının olmadığını, bütün işlərin vəkili tərəfindən idarə edildiyini bildirib:
 
"Məsələ ilə bağlı dəqiq məlumatım yoxdu. Sadəcə, mənim haqlı olduğum haqda qərar var. Başqa heç nə bilmirəm. Bu işlərdən mənim başım çıxmır. Bütün işləri vəkilim həll edir".
Shares: