"Arsenal" daha bir futbolçusu ilə yollarını ayırmaq barədə qərar qəbul edib. Futbolinfo.az xəbər verir ki, “Emireyts”i tərk edəcək növbəti oyunçu Bakari Sanya olacaq. Fransalı müdafiəçi “topçular”ın təklif etdiyi yeni müqaviləni rədd edib.
Təcrübəli müdafiəçinin yeni mövsümdən İngiltərə daxilində başqa bir klubda oynayacağı bildirilir. Artıq onun yeni komandası ilə anlaşdığı da iddia olunur. Böyük ehtimalla bu ya “Çelsi”, ya da “Mançester Siti” olacaq.
Sanya 2007-ci ildən "Arsenal"da forma geyir.





