İngiltərənin “Liverpul” klubunun hücumçusu Roberto Firmino ilə yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. “Qırmızılar” 26 yaşlı forvardla müqavilə müddətini 2023-cü ilə kimi uzadıb.
Braziliyalı hücumçu 2015-ci ildən “Liverpul”un şərəfini qoruyur. Futbolçu “Hoffenhaym”dan 41 milyon avroya transfer olunub.
Firmino “Liverpul”un heyətində bu günə kimi şans qazandığı 140 oyunda 50 qola imza atıb.






