“Neftçi” AFFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə bağlı çıxardığı bəzi qərarlarla razılaşmır. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bununla əlaqədar olaraq AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcək.
Klubun rəsmi saytının məlumatına görə, bu haqda ictimaiyyətə geniş məlumat veriləcək.





