Fevralın 19-dan martın 3-dək İspaniyanın paytaxtı Madriddə 1999-cu il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu yaş qrupuna aid olan yığmamız 2016-cı ildə Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı barədə hələlik açıqlanmır.





