Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun yenidən oynanılmasına qərar verilən qarşılaşması baş tutub. Futbolinfo.az xəbər verir ki, "Kasımpaşa" doğma meydanda "Beşiktaş"la qarşılaşıb.
 
Xatırladaq ki, həmin oyun o vaxt keçirilsə də, 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatan qarşılaşmada çox ciddi qayda pozuntusuna yol verilmişdi. Məhz bu üzdən Türkiyə Futbol Federasiyası bu matçın yenidən keçirilməsinə qərar vermişdi.
 
Nəhayət, ötən gecə baş tutan təkrar qarşılaşma "Beşiktaş"ın inamlı qələbəsiylə başa çatıb.
 
Türkiyə Super Liqası
15-ci turun oyunu
11 fevral
 
Kasımpaşa – Beşiktaş – 0:3
Qollar: Almeyda, 26, Franko, 34, V.Kavlak, 44.
 
1 Fənərbaxça 20 14 2 4 46 24 +22 44
2 Qalatasaray 20 11 7 2 37 17 +20 40
3 Beşiktaş 19 10 6 3 35 21 +14 36
4 Karabükspor 21 10 6 5 24 20 +4 36
5 Sivasspor 20 11 2 7 36 26 +10 35
6 Akhisar BS 20 9 4 7 29 26 +3 31
7 Kasımpaşa 19 8 6 5 31 23 +8 30
8 Əskişəhərspor 20 9 3 8 25 22 +3 30
9 Trabzonspor 20 8 5 7 28 26 +2 29
10 Bursaspor 20 7 7 6 23 27 –4 28
11 Konyaspor 20 8 2 10 29 29 0 26
12 Qaziantepspor 20 7 4 9 24 33 –9 25
13 Gənclərbirliyi 21 7 3 11 24 28 –4 24
14 Antalyaspor 20 5 7 8 24 26 –2 22
15 Elazığspor 20 6 1 13 25 43 –18 19
16 Rizəspor 20 4 6 10 20 29 –9 18
17 Ərciyəsspor 20 3 4 13 16 35 –19 13
18 Kayserispor 20 2 7 11 13 34 –21 13
Shares: