Futbol üzrə İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, ötən gecə bir görüş baş tutub.
Madrid "Real"ı paytaxt derbisində "Atletiko" ilə qarşılaşıb. İlk oyunda darmadağına imza atan Kral klubu səfərdə də inamlı qələbə qazanaraq, adını finala yazdırıb.
Qeyd edək ki, digər yarımfinal görüşündə də "Barselona" ilk oyunda 2 cavabsız qolla yendiyi "Real Sosyedad"ın qonağı olacaq.
İspaniya Kral Kuboku
Yarımfinal (cavab oyunları)
11 fevral
Atletiko – Real – 0:2 (ilk oyun – 0:3)
12 fevral
01:00. Real Sosyedad – Barselona (ilk oyun – 0:2)





