Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək 3-cü Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq dəvət alan daha bir klub – İngiltərə "Liverpul"u turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.
 
Xatırladaq ki, buna qədər "Fənərbaxça" (Türkiyə) və "Lokomotiv" (Moskva, Rusiya) III Qəbələ Kubokunda iştirak  barədə rəsmi razılıq vermişdi.  29 may – 01 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
Shares: