Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari martın 5-də CAR-la keçiriləcək yoldaşlıq oyunu üçün Avropa klublarında çıxış edən həmyerlilərindən kimləri çağıracağını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 15 futbolçunun yer aldığı siyahıda “Milan”ın təcrübəli siması Kakanın yer almaması birmənalı qarşılanmayıb. Heyət aşağıdakı kimidi:
Qapıçı: Julio Cesar (KPR);
Müdafiəçilər: David Luiz (Çelsi), Dante, Rafinya (hər ikisi "Bavariya"), Tyaqo Silva (PSG), Daniel Alveş (Barselona), Marselo (“Real”, Madrid);
Yarımmüdafiəçilər: Luiz Qustavo (Volfsburq) Ramirez, Oskar, Viliyan (hamısı "Çelsi"), Paulinyo (Tottenhem), Fernandinyo (Mançester Siti), Bernard (Şaxtyor);
Hücumçular: Halk (Zenit), Neymar (Barselona).
Qeyd edək ki, digər futbolçular Braziliya klublarından dəvət ediləcək.





