Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Mustafa Reşit Akçay istefaya göndərildikdən qardaş ölkənin mətbuatı onu bu postda adaşı, hazırda "Xəzər Lənkəran"ı çalışdıran Mustafa Dənizlinin əvəzləyəcəyi ilə bağlı iddialar yayılmışdı. Lakin təcrübəli çalışdırıcının Qaradəniz təmsilçisini çalışdırmayacağı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, Dənizli özü bu haqda ölkəsinin mətbuatına açıqlama verib: "Trabzonspor"dan hər hansı təklif almamışam. Bir gün mütləq Türkiyəyə qayıdacağam. Ancaq bir problem olmasa, mövsümün sonuna qədər "Xəzər Lənkəran"da qalmaq istəyirəm".





