London “Arsenal”ının baş məşqçisi Arsen Venger son oyunlardakı zəif çıxışına görə tənqid olunan futbolçusu Məsut Özilə arxa çıxıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis alman yarımmüdafiəçinin “Liverpul”la matçda yaxşı oynamasa da, ümumilikdə mövsüm boyu “topçular”ın aparıcı üzvü olduğunu bildirib:
“Məsut fiziki olaraq Premyer Liqanın tempinə uyğunlaşmaq üçün çox çalışır və o, mənim üçün hələ də dəyərli futbolçudu. Onun üzərində çox da basqı yaratmamağa diqqət edirəm. O, istənilən səviyyədə yaxşı oynamayanda bunu bilir və get-gedə çıxışını nizamlayacaq. Bunlar normal şeylərdi”.
Özil bu yay 47 milyon avro qarşılığında Madrid “Real”ından “Arsenal”a keçmişdi.





