Braziliya futbolunun tez parlayıb, tez sönən ulduzu Aleşandro Pato özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, ötən günlərdə “Korintians”la yollarını ayıran forvard “San Paulo” ilə müqvilə bağlayıb.
 
24 yaşlı hücumçu burada icarə əsasında top qovacaq. Sözləşməyə əsasən, Pato 2015-ci ilin sonuna qədər yeni komandasında çıxış edəcək.
 
Qeyd edək ki, Aleşandro 2013-cü ildə “Milan”dan “Korintians”a transfer olunmuşdu.
Shares: