İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Samir Nəsri zədəsini sağaldıb. Futbolinfo.az xəbər verir ki, fransalı futbolçu bu gündən etibarən komanda ilə məşqlərə başlayıb.
Samir özü bu haqda mətbuata danışıb. Yanvarın əvvəlində “Nyukasl”la oyunda zədələnmiş Nəsrinin 8 həftəliyə sıradan çıxdığı güman olunsa da, o, daha tez meydanlara qayıdıb. Futbolçunun Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə matçda forma geyəcəyi gözlənilir.





