Ötən il Lənkəranda keçirilmiş "Xəzər Lənkəran" – "Neftçi" matçında həbs olunmuş 7 azarkeşlər bağlı yekun qərar çıxarıldığı barədə xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, yekun məhkəmə prosesi qapalı, vəkillərin iştirakı olmadan keçirilib.
Əldə etdiyimiz ilkin məlumata görə, həbs olunan 7 azarkeşdən ikisi sərbəst buraxılıb. Bunlar Elman İbrahimli ilə Zaur Ərəbovdu. Digər 5 fanata isə müxtəlif müddətli həbs qərarı verilib. Elikoya isə 3 il həbs verilib.





