Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım canlı yayım vaxtı göz yaşlarını saxlaya bilməyib. Futbolinfo.az xəbər verir ki, “CNN Türk” telekanalında efirin qonağı olan klub rəhbəri həbsdə olduğu zaman “Fənər” azarkeşlərinin ona göstərdiyi sevgidən danışıb.
Xüsusilə azarkeşlərin “Atalar günü” onu unutmadığını deyən Yıldırım duyğulanıb və gözləri dolub.





