Türkiyənin “Beşiktaş” klubu daha əvvəl də transfer təklifi etdiyi Emanuel Adebayoru rənglərinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Andre Villaş-Boaş hücum xəttində Roberto Soldado və Jermen Defoya üstünlük verdiyi üçün arxa planda qalan toqolu forvard “Beşiktaş”a keçməyə daha yaxındı.
“Beşiktaş”ın vitse-prezidenti Ahmet Nur Çebi İngiltərə mətbuatına verdiyi açıqlamasında Adebayorla hələ avqustdan bəri görüşdüklərini, lakin transferin baş tutmadığını bildirib: “Qış transfer pəncərəsində oyunçunu transfer etməyi planlaşdırırıq. Lakin onu kluba gətirmək elə də asan məsələ deyil”.





