“Milan”ın istedadlı futbolçusu Mario Balotelli “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, italyan qolçu “Mançester Siti”də oynadığı vaxt birgə çalışdığı həmyerlisi ilə yenidən işləmək istədiyini bildirib:
 
“Mançininin Türkiyədə işlədiyini bilirəm. Onu həm insan, həm də məşqçi olaraq sevirəm. Aramızda bəzi anlaşmazlıqlar oldu, amma burada səhv bir şey yoxdu. Belə şeylər ola bilər. Həmişə bir-birinizi sevə bilməzsiniz. Həyat belə deyil. Onun hadisələri böyük problemə çevirən biri olduğunu düşünmürəm. Onunla yenidən çalışmaq istərdim”.
 
Qeyd edək ki, Balotelli və Mançini 2013-cü ildə MS-dən ayrılmışdı.
Shares: