Topaz Premyer Liqasının 20-ci turunun hakim təyinatları açıqlanarkən PFL-in rəsmi saytı öncə “Bakı” – “Nefçi” oyununa Fariz Yusifovun təyin olunduğu göstərilsə də, sonradan bu oyunu Əliyar Ağayevin idarə edəcəyi məlum oldu. Bu üzdən sözügedə ndəyişiklik müəyyən şübhələrə yol açırdı.
Amma Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov futbolinfo.az saytına açıqlamasında bunun sadəcə, Peşəkar Futbol Liqasının rəsmi saytının texniki səhvi olduğunu bildirib:
“Bu, sadəcə, PFL-in saytının texniki səhvidi. Bu oyuna elə əvvəlcədən Əliyar Ağayev təyin olunmuşdu. Sadəcə, saytda səhv yazılmışdı. Mən onlara dedikdən sonra bu səhv düzəldildi. Bunu şişirtmək lazım deyil”.





