"Barselona"nın təcrübəli müdafiəçisi Xavyer Maskerano böyük ehtimalla yayda klubu tərk edəcək. Futbolinfo.az xəbər verir ki, belə bir iddia ilə İspaniya mətbuatı çıxış edib.
Katalonlarla 2016-cı ilə qədər müqaviləsi olmasına baxmayaraq, onun mövsümün sonunda "Napoli”yə keçəcəyi gözlənilir. Buna səbəb “Barsa”nın stopper mövqesinə ucaboy futbolçu almaq istəməsidi. Təcrübəli futbolçunun "Napoli"yə transfer olunacağı bildirilir.
Qeyd edək ki, Maskerano 2007-2010-cu illərdə "Liverpul"da hazırda “Napoli”ni çalışdıran Benitezin rəhbərliyi altında oynayıb.





