Madrid "Real"ının yarımmüdafiəçisi İsko yayda komandanı tərk edəcək. Futbolinfo.az xəbər verir ki, belə bir iddia ilə İspaniya mətbuatı çıxış edib.
 
Ötən yay "Malaqa"dan 30 milyon avroya alınan ispan futbolçunun “Santyaqo Bernabeu”da xoşbəxt olmadığı bildirilir. Madrid klubunda istənilən qədər forma şansı tapmayan  İsko ilə "Milan" ciddi şəkildə maraqlanır. Komandanın baş məşqçisi Klarens Zeedorf da bununla bağlı rəhbərliyə müraciət edib.
 
İsko bu mövsüm "Real"da cəmi 17 matça çıxıb.
Shares: