"Qarabağ" AZAL-la oyuna hazırdı. Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda "təyyərəçilər"i qəbul edəcək Ağdam təmsilçisi hazırlığını tamamlayaraq oyun saatını gözləyir.
 
"Qarabağ"ın oyunöncəsi son çalışması 1 saat davam edib. Komandanın heyətində tək itki Admir Telidi. Albaniyalı hələ 2 həftə sonra meydanlara dönəcək. Əvəzində Antalyada keçirilən təlim-məşq toplanışı zamanı zədələnən Nikolas Gelaşvili təmamilə sağalıb və baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, meydana çıxacaq.
 
Qeyd edək ki, "Qarabağ" – AZAL mücadiləsi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun 17:00-da start götürəcək.
Shares: