Topaz Premyer Liqasının qış fasiləsindən sonrakı üç turunda ardıcıl məğlubiyyətlərlə üzləşən "Simurq"un baş məşqçi dəyişikliyinə əl atması gözlənilir. Futbolinfo.az xəbər verir ki, böyük ehtimalla Zaqatala təmsilçisini bundan sonra Ağasəlim Mircavadov çalışdıracaq.
Qeyd edək ki, uzun müddətdi işsiz olan bu mütəxəssis ötən gün baş tutan "Simurq" – "İnter" matçını canlı izləyənlər arasında idi. Onun sadəcə oyunu izləməyə gəldiyini və qarşılaşmadan sonra Bakıya dönəcəyini gözləsək də, bu gün Mircavadovun hələ də Zaqatalada olduğunu gördük. Bu isə onu deməyə əsas verir ki, "Simurq" hazırda bu mütəxəssislə danışıqlar aparır və təcrübəli mütəxəssisin iki gündü orada olması səbəbsiz deyil.





