Futbol üzrə Azərbaycan millisinin hücumçusu Toğrul Erat Almaniyanın 2-ci Bundesliqasının oyununda qol vurub. Futbolinfo.az xəbər verir ki, Düsseldorf “Fortuna”sının şərəfini qoruyan Erat Berlin “Union”una qarşı oyunda 90 dəqiqə meydanda olub.
Qarşılaşma sülhlə bitib – 1:1. Komandasının yeganə qoluna isə məhz millimizin hücumçusu imza atıb. Bu qol Erat üçün son beş oyunda ikinci qoldu.
Qeyd edək ki, “Fortuna” 21 turdan sonra 27 xalla yarış cədvəlində 10-cu pillədə qərarlaşıb və lider “Köln”dən 12 xal geri qalır.





