Futbol üzrə Türkiyə yığmasının koordinatoru istefa verib. Söhbət vaxtilə millinin şərəfini qorumuş qapıçı Rüştü Rəcbərdən gedir.
 
Futbolinfo.az xəbər verir ki, karyerasını bitirdikdən sonra yığmada koordinator kimi çalışan Rüştü öz istəyi ilə belə bir addım atıb. Bu haqda Türkiyə Futbol Federasiyası (TFF) rəsmi açıqlama verib. Bildirilib ki, o, bu gün istefa ərizəsini federasiyasiyaya təqdim edib. Rəcbərin istefa səbəbi isə açıqlanmayıb.
Shares: