Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qəbələ" doğma azarkeşlər önündə "Xəzər Lənkəran"ı qəbul edir. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, oyunu idarə edən baş hakim Vüsal Əliyev maraqlı addımı ilə diqqət mərkəzinə düşüb.
 
Belə ki, oyun öncəsi isinmə hərəkətləri etmək üçün meydana çıxan hakimlər briqadası azarkeşlərin əyləşdiyi tribunalara yaxınlaşan zaman yerli fanatlardan biri Əliyevə səslənib: "Vüsal, elə et ki, bu gün "Qəbələ" uduzmasın".
 
Əliyev azarkeşin bu tələbinə "problem yoxdu" deyərək cavab verib.
Shares: