Braziliyada 35 yaşlı keçmiş futbolçunun başı kəsilib. Futbolinfo.az xəbər verir ki, karyerasını bir müddət əvvəl başa vuran Juan Rodriqonun başı kəsilərək ailəsinə göndərilib.
Oktyabrın 28-də özünə məxsus mağazadan oğurluq avtomobillə qaçırılan Rodriqonun başı evinin önündə çantada tapılıb. Keçmiş futbolçunun qətlinə səbəb kimi onun xanımının narkotik alveri ilə mübarizə şöbəsində işləməsi göstərilir.





